سنی سئومه مک اولارمی؟!
سئویرم ، سئوه جه یمده!
میللتچیلیک دامار کؤکوم
تورانلی قورقود ددمده!
سنی سئومه مک اولارمی؟!
شرفین آتارمی اینسان؟!
غیرتین ایاقلایارمی
ناموسون ساتارمی اینسان؟!
سئویرم ای وطن سنی!
سنی ای آذربایجانیم!
سنه ای سئوگیلی یوردوم
نئچه مین ایل بئله یانیم... ؟!
سئویرم آنا یوردومو!
سئویرم ، سنی سئویرم!
سئوه رک ، سونوم گلینجک
سنه قانیمی وئریرم...
!?səni sevməmək olarmı
!sevirəm, sevəcəyəmdə
millətçilik damar köküm
!Turanlı qurqud dədəmdə
!?səni sevməmək olarmı
!?şərəfin atarmı insan
qeyrətin əyaqlayarmı
!?namusun satarmı insan
!sevirəm ey vətən səni
!səni ey Azərbaycanım
sənə ey sevgili yurdum
!?neçə min il belə yanım
!sevirəm Ana yurdumu
!sevirəm, səni sevirəm
sevərək, sonum gəlincək
...sənə qanımı verirəm
(3 ) |